IMG-LOGO

BMT: Aprel ayında Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq planı təsdiqlənəcək

19 Mar 2026 16:53 3 baxış
IMG

Birləşmiş Millətlər Təşkilatının (BMT) 2026-2030-cu illər üçün yeni Əməkdaşlığa dair Çərçivə Proqramı çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə 2026-cı il üçün birgə əməkdaşlıq planının aprelin əvvəlində Birgə Rəhbər Komitə tərəfindən təsdiqlənəcəyini gözləyir.

Bu barədə "Report"a müsahibəsində BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç bildirib.

"Hazırda hökumət və BMT-nin ölkə komandası 2026-cı il üzrə birgə iş planını yekunlaşdırmaq mərhələsindədir. Ötən həftə İqtisadiyyat Nazirliyi ilə birgə təşkil olunmuş texniki səviyyəli görüşdə cari il üçün konkret fəaliyyətlər müzakirə olunub. Gözlənilir ki, birgə iş planı aprel ayının əvvəlində yüksək səviyyəli Birgə Rəhbər Komitə tərəfindən nəzərdən keçirilərək təsdiqlənsin", - İ. Qarafuliç bildirib.

Onun sözlərinə görə, BMT özəl sektor və beynəlxalq maliyyə institutları (BMİ) ilə daha sistemli qarşılıqlı fəaliyyət planlaşdırır: "BMT hökumətə özəl investisiyaların cəlb edilməsinə kömək edən dialoqların təşkilində yardım etməyə və BMİ ilə birlikdə genişmiqyaslı maliyyələşdirmənin inklüziv və "yaşıl artım"a töhfə verməsi üzərində işləməyə davam edəcək".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti