IMG-LOGO

Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var

19 Mar 2026 17:39 51 baxış
IMG

Abşeronda motosikletin yük avtomobilinə çırpılmasında nəticəsində bir nəfər ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Xırdalan şəhərində, Heydər Əliyev prospekti ərazisində qeydə alınıb.

Motosiklet idarə edən 1994-cü il təvəllüdlü Hüseynov Ramin Nurəddin oğlu hərəkətdə olarkən yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti