IMG-LOGO

Rafinya Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

19 Mar 2026 19:01 3 baxış
IMG

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu 1/8 final mərhələsinin cavab oyununda "Nyukasl" (İngiltərə) ilə keçirilən görüşdə (7:2) iki qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, braziliyalı futbolçu səsvermədə Fransisko Trinkao ("Sportinq"), Vinisius Junior ("Real") və Dominik Şoboslaini ("Liverpul") qabaqlayıb.

Xəbər lenti