IMG-LOGO

Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb

19 Mar 2026 18:53 3 baxış
IMG

Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Opel" markalı avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb.

Qəza nəticəsində Mingəçevir şəhər sakini, 2003-cü il təvəllüdlü Əhmədova İlahə, Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Əhmədova Əfiqə, Saatlı rayon sakini, 1999-cuil təvəllüdlü Ağayev Miryəhya müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti