21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 20-də Bakıda təlim-məşq toplanışına başlayacaq.
"Report" xəbər verir ki, U-21 Avropa çempionatının seçmə mərhələsinin B qrupunda martın 27-də 8-ci km qəsəbə stadionunda Portuqaliya yığmasını qəbul edəcək, ertəsi gün Bolqarıstana yollanacaq.
Komanda martın 31-də isə Plovdiv şəhərində Bolqarıstan seçməsi ilə qarşılaşacaq.
U-21-in Portuqaliya və Bolqarıstanla oyunlar üçün heyətini nəzərinizə çatdırırıq:
Nr. Adı / Soyadı Klub 1 Sadiq Məmmədzadə Difai 2 Xəyal Fərzullayev Sumqayıt 3 Səlim Həşimov Şamaxı 4 Emin Rüstəmov Karvan Yevlax 5 Elgün Dünyamaliyev Cəbrayıl 6 Raul Məmmədov Səbail 7 Okan Təhmazlı Zaqatala 8 Əkbər Eyubov Mingəçevir 9 Kənan Feyziyev Sumqayıt 10 Eşqin Əhmədov Qəbələ 11 Rüfət Abbasov Şamaxı 12 Nadir Orucov Sumqayıt 13 Bilal İsmayılov Şamaxı 14 Nuğay Rəşidov Qəbələ 15 Emil Süleymanov Şamaxı 16 Oruc Məmmədov Şamaxı 17 Şahin Şahniyarov Qəbələ 18 Edqar Ədilxanov Şamaxı 19 Hikmət Cəbrayılzadə Qarabağ 20 Həsən Nəzərli Keçiörən Bələdiyəsi (Türkiyə) 21 Nahid Əliyev Şəfa 22 Şahin İbrahimov Sabah 23 Murad Məmmədov Neftçi 24 Nihad Əhmədzadə Sumqayıt