IMG-LOGO

Neftçalada avtomobil qadını vurub öldürdü

19 Mar 2026 22:28 2 baxış
IMG
0 0

Neftçala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Salyan–Neftçala yolunun Qarabucaq kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, minik avtomobili yolu keçən qadını vurub.

Zərərçəkən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

neftçala qəza

Xəbər lenti