IMG-LOGO

Neftçalada avtomobil piyadanı vuraraq öldürüb

19 Mar 2026 22:50 3 baxış
IMG

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Kürqarabucaq kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Səidə Məmmədəli qızı yolu keçərkən avtomobil onu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti