IMG-LOGO

Valdas Dambrauskas: "Sumqayıt"la oyunun son dəqiqəsində lazımsız qol buraxdıq"

19 Mar 2026 22:18 3 baxış
IMG

"Sabah" komandası Misli Premyer Liqasının XXV turunda qarşılaşdığı "Sumqayıt"la oyunun son dəqiqəsində lazımsız qol buraxıb.

"Report" xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas sözügedən qarşılaşmadan sonra mətbuat konfransında deyib.

Mütəxəssis komandasının 3:1 hesablı qələbəsini şərh edib:

"Qələbə münasibəti ilə məşqçilər heyətini, azarkeşləri və futbolçularımı təbrik edirəm. Bugünkü qarşılaşmanın asan keçməyəcəyini bilirdik. Milli komandanın heyətinə cəlb olunacaq futbolçuların beynində tətil düşüncəsi ola bilərdi. Bununla belə, futbolçularımın nizam-intizamından, oyuna köklənmələrindən çox razı qaldım. Təəssüf ki, ilk hissədə bir çox qol şanslarından yararlana bilmədik. İkinci yarıya isə sürətli başladıq və qollar vurduq. Hesabı 3:0-a çatdırarkən oyuna nəzarəti bir az itirdik. Son dəqiqədə lazımsız qol buraxdıq. Ümumi mənzərəyə baxsaq, matçdan çox razı qaldım".

Xəbər lenti