Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, 2004-cü il təvəllüdlü Eltac Davudovun idarə etdiyi "Chevrolet Cobalt" markalı minik avtomobili yolu keçən qadını vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.