Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimində iştirak edəcək.
"Report" xəbər verir ki, bunu bayram namazından sonra jurnalistlərə açıqlamasında Allahşükür Paşazadə deyib.
O bildirib ki, ötən gün Gürcüstan səfirliyində olub:
"Orada başsağlığı verdim. II İliya mənim dostum olub. Ermənistan məsələsində o mənim yanımda olub. Allah ona rəhmət eləsin".