IMG-LOGO

"Mançester Yunayted" Bruno Gimaraeşi transfer etməkdə maraqlıdır

20 Mar 2026 10:35 5 baxış
IMG

İngiltərənin "Mançester Yunayted" klubu digər Premyer Liqa təmsilçisi "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraeşlə maraqlanır.

"Report" "ESPN Brazil" nəşrinə istinadən xəbər verir ki, "sağsağanlar" Braziliya millisinin üzvünü 80 milyon avroya satmağa hazırdır.

Mənbənin məlumatına görə, "qırmızı şeytanlar"ın futbolçusu Kazemiro bu transferin baş tutması üçün əlindən gələni edir.

Qeyd edək ki, Bruno bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.

Xəbər lenti