IMG-LOGO

Neftçalada FACİƏ: iki qardaş avtomobillə kanala düşərək öldü

20 Mar 2026 10:42 3 baxış
IMG
1 0

Neftçalada qəza baş verib, iki qardaş avtomobillə kanala düşərək ölüblər.

Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu və qardaşı 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu səhər saatlarında Ramazanlı kəndi ərazisində valideynlərinə məxsus 99-TE -303 Nissan markalı avtomobillə idarə etməni itirərək şor kanala düşüblər. Hər iki qardaş hadisə yerində ölüblər.

Onlar sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./ APA

Hadisələr

Xəbər lenti