IMG-LOGO

Ermənistanın müdafiə naziri: İranla bağlı hadisələr fonunda risklər daim qiymətləndirilir

20 Mar 2026 14:21 2 baxış
IMG

Ermənistanın müdafiə naziri Suren Papikyan İran ətrafındakı hadisələr fonunda ölkənin təhlükəsizliyinə yönəlik bütün risklər dövlət qurumlarının daimi nəzarəti altında olduğunu bəyan edib.

"Report"un "Armenpress"ə istinadən verdiyi xəbərə əsasən, müdafiə idarəsinin rəhbəri bunu jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, təhdidlərin qiymətləndirilməsi əsas təhlükəsizlik institutları ilə koordinasiya şəklində aparılır.

"Ermənistan Respublikasında müvafiq orqanlar var - Təhlükəsizlik Şurası, Xarici Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Xidməti. Müdafiə Nazirliyi öz funksiyasını yerinə yetirir, bütün risklər qiymətləndirilir", - Papikyan qeyd edib.

Xəbər lenti