IMG-LOGO

Dövlət qulluqçularının maaşlarının tənzimlənməsində məqsəd mürəkkəb sistemi sadələşdirməkdir - RƏY

20 Mar 2026 15:19 2 baxış
IMG

"Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliklərə görə dövlət qulluğunda vahid və sabit əməkhaqqı sistemi tətbiq ediləcək və bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəetmə sistemində aparılan islahatların tərkib hissəsidir.

Bunu "Report"a Milli Məclisin üzvü Nəsib Məhəməliyev deyib.

O qeyd edib ki, əsas məqsəd, mürəkkəb və qeyri-şəffaf əməkhaqqı sistemini sadələşdirməkdir:

"İndiyə qədər tətbiq olunan əməkhaqqına əlavələr, mükafatların və s. ödənişlər vahid aylıq maaşla birləşdiriləcək. Əvvəllər, əməkhaqqına əlavələrin ödənilməsində müəyyən selektiv yanaşmalar tətbiq olunurdu. Məsələn, kadrların iş təcrübəsi, səlahiyyətləri, stajı, fiziki sağlamlığı və s. meyarlar əsas götürülürdü. Bundan sonra kollektiv və fərdi mükafatlar ləğv ediləcək, beynəlxalq təcrübəyə əsaslanan nəticəyönümlü əməkhaqqı strukturu formalaşacaqdır. Baza hissəsi 35-45% olan əməkhaqqı bundan sonra 95%-dən yuxarı təşkil edəcək".

Deputatın fikrincə, tətbiq olunan yenilik, gənc kadrların dövlət qulluğuna marağını artıracaq, dövlət qulluğunda korrupsiya risklərinin azaldılmasında əhəmiyyətli rol oynayacaq.

"Əvvəlki sistemə görə, əməkhaqlarının aşağı olması üzündən, dövlət qulluğuna meyl göstərməyən və özəl sektora üz tutan savadlı gənclər üçün müsbət motivasiya olacaq", - o deyib.

Xəbər lenti