IMG-LOGO

İranın Xarq adasında təhlükəsizlik bərpa olunub

20 Mar 2026 20:51 4 baxış
IMG

İranın əsas neft terminalının yerləşdiyi Fars körfəzindəki Xarq adasında təhlükəsizlik bərpa olunub.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Milli Təhlükəsizlik Şurası məlumat yayıb.

"Xarqda təhlükəsizlik tamamilə bərqərar olunub və neft ixracı da problemsiz, fasiləsiz həyata keçirilir",- məlumatda qeyd olunub.

Bildirilib ki, ordunun müdafiə hazırlığı yüksək səviyyəsindədir və bütün hücumlara sarsıdıcı cavab veriləcək.

Qeyd edək ki, İran martın 19-da obyektlərə təkrar hücumlar olacağı təqdirdə Yaxın Şərqdə ABŞ-nin müttəfiqi olan ölkələrin enerji infrastrukturunu tamamilə məhv etməyə hazır olduğunu bəyan edib. Buna səbəb martın 18-də ABŞ və İsrail qoşunlarının İranın əsas neft terminalının yerləşdiyi Fars körfəzindəki Xarq adasına, eləcə də hazırda dünyanın ən böyük qaz yatağı olan "Cənubi Pars"ın obyektlərinə zərbələr endirməsidir.

Xəbər lenti