Martın 18-də Xəzər dənizindəki İranın Ənzəli limanı bombalandı. Bu böyük Xəzər limanı, qida təchizatı da daxil olmaqla, Rusiya-İran ticarətini asanlaşdırmaq üçün fəal şəkildə istifadə edilən mühüm ticarət və logistika mərkəzidir.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xaric İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, endirilən zərbə ilə Rusiyanın və digər Xəzəryanı dövlətlərin iqtisadi maraqları təsirlənir:
"Xəzər dənizi həmişə regional ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən sülh və əməkdaşlıq üçün təhlükəsiz məkan kimi qəbul edilib. Təcavüzkarların ehtiyatsız və məsuliyyətsiz hərəkətləri Xəzəryanı dövlətləri hərbi münaqişəyə cəlb etmək riskini yaradır. Biz bir daha hərbi əməliyyatların dərhal dayandırılmasını və getdikcə qonşu bölgələrə yayılan Yaxın Şərqdəki vəziyyətin siyasi həllinə nail olmaq üçün səylərin bərpa olunmasını qətiyyətlə tələb edirik".