IMG-LOGO

İrandan amerikalı nazirə cavab: Neft daşıyan heç bir tankerimiz yoxdur

21 Mar 2026 07:42 3 baxış
IMG

İranın ixrac üçün artıq nefti və dənizdə xam neft daşıyan heç bir tankeri yoxdur.

"Report" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Neft Nazirliyinin nümayəndəsi ABŞ-nin maliyyə naziri Skott Bennetin Tehranın "qara qızıl"ının sanksiyalardan potensial olaraq azad edilməsi təklifini şərh edərkən bildirib.

Onun sözlərinə görə, ölkənin dənizdə tankerlərdə demək olar ki, heç bir nefti və beynəlxalq bazarlara tədarük etmək üçün artıq nefti yoxdur.

Tehran Skott Bennetin çıxışını Vaşinqton tərəfindən "psixoloji oyun" kimi qiymətləndirilib. İranın Neft Nazirliyi qeyd edib ki, bu bəyanat yalnız alıcılarda ümid yaratmaq və bazar psixologiyasına təsir göstərmək məqsədi daşıyır.

Qeyd edək ki, Tramp administrasiyası ABŞ-İsrail arasında Tehrana qarşı müharibənin başlanğıcından bəri yaranan enerji təchizatına təzyiqi azaltmaq üçün dünən dənizdə olan İran neftinin alınması üçün 30 günlük sanksiya güzəşti verib.

Xəbər lenti