IMG-LOGO

Premyer Liqada turun son oyunu: "Turan Tovuz" uğurlu seriyanı davam etdirməyə çalışacaq

21 Mar 2026 09:20 5 baxış
IMG

Misli Premyer Liqasında XXV tura bu gün yekun vurulacaq.

"Report" xəbər verir ki, turun son oyununda avrokuboklara iddialı olan "Turan Tovuz" "Qəbələ"ni qəbul edəcək.

Son 6 oyunda uduzmayan qərb təmsilçisi uğurlu seriyanı bu görüşdə də davam etdirmək niyyətindədir. Bu mövsüm iki dəfə qarşılaşan tərəflərin duelində Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv qələbə qazanıb - 1:0, 3:0.

Tovuzlular rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Bu matç saat 16:00-da başlayacaq.

Misli Premyer Liqası

III dövrə, XXV tur

21 mart

16:00. "Turan Tovuz" – "Qəbələ"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Akif Əmirəli, Elçin Məsiyev.

VAR: Əliyar Ağayev.

AVAR: Nicat İsmayıllı.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" "Sumqayıt"ı (3:1), "Kəpəz" "Qarabağ"ı (1:0), "Neftçi" isə "İmişli"ni (6:0) məğlub edib.

Xəbər lenti