IMG-LOGO

Gəncədə evdə partlayış oldu-Xəsarət alan var

21 Mar 2026 13:35 4 baxış
IMG
1 0

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Məlumata görə, şəhər sakini 1965-ci il təvəllüdlü M.Yolçuyevin yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Gəncə qaz partlayış

Xəbər lenti