Ermənistan İstintaq Komitəsi bütün ermənilərin katolikosu II Qareginə Tbilisiyə getməyə və bütün Gürcüstanın Patriarxı II İliya ilə vida mərasimində iştirak etməyə icazə verməyib.
"Report" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə vəkil Ara Zoqrabyan sosial şəbəkədə məlumat verib.
O qeyd edib ki, II Qareginin mərasimdə iştirak etməsi üçün müvəqqəti ölkədən çıxmasına dair vəsatət qaldırıb, lakin rədd cavabı alıb.
Daha əvvəl, martın 19-da Baş nazir Nikol Paşinyan II Qareginin II İliyanın dəfnində iştirakı məsələsinin müzakirə olunmadığını bəyan edib.