IMG-LOGO

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

21 Mar 2026 19:34 3 baxış
IMG

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 29 yaşlı Məhəmməd Hüseynov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə həmkəndlisini - 49 yaşlı Ceyhun Rzayevi vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti