Qax şəhərində 54 yaşlı kişinin meyiti aşkarlanıb.
Lent.az bu barədə APA-ya istinadən xəbər verir.
Məlumata görə, hadisə şəhər ərazisində fərdi yaşayış evlərinin birində baş verib.
Şəhər sakini, 1972-ci il təvəllüdlü Elxan Sabir oğlu Cəfərovun meyiti yaşadığı mənzilin vanna otağında ailə üzvləri tərəfindən tapılıb.
İlkin ehtimala görə, onun yıxılaraq öldüyü bildirilir. Lakin E. Cəfərovun dəm qazından boğularaq ölməsi ehtimalı da araşdırılır.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
qax meyit