IMG-LOGO

Modriç Avropanın "Top-5" liqalarında ən çox oyun keçirən ikinci futbolçu olub

22 Mar 2026 10:09 5 baxış
IMG

İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Luka Modriç A Seriyasının XXX turunda "Torino"ya qarşı keçirilən oyunda meydana çıxıb.

"Report" xəbər verir ki, bununla da 40 yaşlı futbolçu son 18 ildə Avropanın "Top-5" liqalarında 550-dən çox oyun keçirən ikinci futbolçu olub.

"Rossonerilər"in 3:2 hesablı qələbəsi ilə başa çatan görüşdə xorvatiyalı yarımmüdafiəçi start heyətində yer alıb və qsonadək meydanda qalıb.

Modriç karyerası ərzində oyunlarının böyük hissəsini İspaniyada "Real"ın (394 oyun) heyətində keçirib. O, həmçinin İngiltərədə "Tottenhem"də 127, "Milan"da 29 matçda iştirak edib.

Qeyd edək ki, Avropanın "Top-5" liqalarında ən çox oyun keçirən futbolçu "Atletiko"nun hücumçusu Antuan Qrizmanndır – onun hesabında 555 matç var.

Xəbər lenti