Böyük Britaniyada Avropa Azərbaycan Məktəbinin istedadlı şagirdləri üçün Novruz bayramı münasibətilə şənlik təşkil edilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyinin "X"dəki hesabında məlumat yayılıb.
Tədbirdə şagirdlərin musiqili proqramları və əl işləri nümayiş olunub.