IMG-LOGO

"Borussiya" uzun illər birgə çalışdığı Sebastian Kehl ilə vidalaşıb

22 Mar 2026 17:58 3 baxış
IMG

Almaniyanın "Borussiya" (Dortmund) komandası idman direktoru vəzifəsində çalışan sabiq futbolçusu Sebastian Kehl ilə yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa xitam veriblər.

Sebastian Kehl uzun illər "Borussiya"da çıxış edib. O, 2018-ci ildən klubda peşəkar futbol şöbəsinə rəhbərlik edib, 2022-ci ildən isə idman direktoru vəzifəsində çalışıb.

Onun fəaliyyəti dövründə komanda mütəmadi olaraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb və 2024-cü ildə turnirin finalına yüksəlib.

Qeyd edək ki, Kehl futbolçu kimi də Dortmund klubunun uğurlarında mühüm pay sahibi olub və komandada çıxış etdiyi illərdə Almaniya çempionluqlarını qazanıb.

Xəbər lenti