IMG-LOGO

Lənkəranda avtomobil kanala aşdı, xəsarət alanlar var

23 Mar 2026 00:41 6 baxış
IMG
1 0

Lənkəranda avtomobil suötürücü kanala aşıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Qurumba kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran şəhəri istiqamətində hərəkətdə olan "Audi Q7" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb. Sözügedən avtomobil daha sonra suötürücü kanala aşıb.

Qəza nəticəsində avtomobildə olan 6 nəfər yaxın qohumlar, 1953-cü il təvəllüdlü Yelena İvan qızı Qurbanova, 2019-cu il təvəllüdlü R. Qurbanov, 1981-ci il təvəllüdlü Ruslan Fərman oğlu Qurbanov, 2014-cü il təvəllüdlü F. Qurbanov, 1988-ci il təvəllüdlü Günel Cahangir qızı Qurbanova və 1973-cü il təvəllüdlü Maya Əbdüləzim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra, müalicələrinin davamı üçün müvafiq şöbələrə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Lənkəran Qurumba Audi

Xəbər lenti