IMG-LOGO

İngiltərə Liqa Kubokunun qalibi bəlli olub

23 Mar 2026 01:35 5 baxış
IMG

"Mançester Siti" klubu finalda "Arsenal"ı 2-0 hesabı ilə məğlub edərək futbol üzrə İngiltərə Liqa Kubokunun qalibi olub.

"Report" xəbər verir ki, Londonun "Uembli" stadionunda keçirilən qarşılaşmada ilk qol 60-cı dəqiqədə vurulub.

Belə ki, 21 yaşlı "Siti" akademiyasının yetirməsi Niko Oreyli hesabı açaraq komandasını irəli çıxarıb və 64-cü dəqiqədə dubla imza atıb.

Bununla da "Mançester Siti" tarixində doqquzuncu dəfə bu titula sahib çıxıb.

Keçən il "Nyukasl" İngiltərə Liqa Kubokunu qazanıb. Finalda "Sağsağanlar" "Liverpul"u 2-1 hesabı ilə məğlub ediblər.

Xəbər lenti