IMG-LOGO

İspaniya La Liqası: Madrid derbisində “Real” çətin qələbə qazandı

23 Mar 2026 02:59 3 baxış
IMG
0 0

İspaniya La Liqasında XXIX tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün Madrid derbisi baş tutub.

"Real" "Atletiko"nu qəbul edib. Görüş qonaqların üstünlüyü ilə başlayıb. Hesabı "matroslar" açsa da, meydan sahibləri hesabda önə keçməyi bacarıb. Ardından hesab bərabərləşsə də, meydan sahibləri qələbə topunu vurmağı bacarıb - 3:2.

Qeyd edək ki, "Real" "Barselona" ilə xal fərqini 4-ə endirib.

İspaniya La Liqası Madrid Real

Xəbər lenti