IMG-LOGO

Sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu: Çoxlu sayda ölü və yaralı var

23 Mar 2026 09:33 3 baxış
IMG
2 1

Nyu-York ştatının LaGuardia hava limanına eniş edən sərnişin təyyarəsi uçuş-enmə zolağında yanğınsöndürən maşınla toqquşub. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, dəhşətli qəzada çoxsaylı ölüm və yaralanma halları qeydə alınıb və hava limanı təhlükəsizlik səbəbi ilə bağlanıb.

Məlumata görə, Monrealdan gələn CRJ-900 tipli regional sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağında olan nəqliyyat vasitəsi ilə sürətlə toqquşub.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisədən sonra hava limanındakı bütün uçuşları müvəqqəti dayandırıb. Uçuşların qadağan edildiyi, vəziyyətin fövqəladə hal kimi qiymətləndirildiyi və yubanmanın uzadıla biləcəyi bildirilib.

Sosial mediada paylaşılan görüntülərdə toqquşmadan sonra təyyarənin burnunun ciddi şəkildə zədələndiyi görünür. Dəhşətli qəzada çoxsaylı ölüm və yaralanma halları qeydə alınıb.

 

Hadisələr

Xəbər lenti