IMG-LOGO

"Sevilya" Matias Almeydanı istefaya göndərəcək

23 Mar 2026 11:10 3 baxış
IMG

İspaniya təmsilçisi "Sevilya" baş məşqçi Matias Almeydanı istefaya göndərəcək.

"Report" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Klub rəhbərliyi artıq 52 yaşlı argentinalı mütəxəssislə bağlı qərarını verib. Bu addım komandanın son vaxtlar göstərdiyi zəif performans və ardıcıl məğlubiyyətlərlə əlaqələndirilir.

Almeyda 2025-ci ilin yayından "Sevilya"nı çalışdırır. Onun rəhbərliyi altında komanda meydana çıxdığı 32 matçda cəmi 10 qələbə qazanıb, 7 heç-heçə edib və 15 məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, hazırda "Sevilya" La Liqada 29 turdan sonra 31 xalla 15-ci pillədə qərarlaşıb. Komanda son dörd oyunda qələbəyə həsrətdir. Son iki qarşılaşmada isə meydanı məğlubiyyətlə tərk edib.

Xəbər lenti