Saatlıda 50 yaşlı kişinin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Saatlı rayon prokurorluğunun Lent.az-a bildirilib ki, martın 22-də Saatlı rayonu Fətəlikənd kənd sakini Rövşən Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 49 yaşlı Rizvan Söhbətovun Rövşən Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Söhbətov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
qətl cinayət