IMG-LOGO

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

23 Mar 2026 14:42 4 baxış
IMG

2025-ci ildə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 20 milyon 738 min ABŞ dolları təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 43,8 % çoxdur.

Hesabat dövründə Azərbaycandan BƏƏ-yə daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 2,7 %-dən 4,1 %-ə qalxıb.

İl ərzində BƏƏ-dən Azərbaycana isə fiziki şəxslər 42 milyon 127 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 33 % çoxdur.

Hesabat dövründə BƏƏ-dən Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 2,9 %-dən 3,6 %-ə qalxıb.

Xatırladaq ki, ötən il Azərbaycana xaricdən 1 milyard 176 milyon 992 min ABŞ dolları, Azərbaycandan xaricə isə 505 milyon 139 min ABŞ dolları pul köçürülüb. Bunlar, əvvəlki illə müqayisədə müvafiq olaraq 8,7 % çox və 4,1 % azdır.

Xəbər lenti