IMG-LOGO

İctimai yerdə siqaret çəkən nazir cərimələndi

23 Mar 2026 15:53 3 baxış
IMG
2 0

Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, nazir 3 min som (33 dollardan çox) məbləğində cərimə olunub. 

“Daxili işlər orqanları qanun normalarına riayət olunmasını və hamının qanun qarşısında bərabərliyi prinsipini ardıcıl şəkildə təmin edir”, – qurumdan bildirilib.

 

nazir cərimələndi

Xəbər lenti