IMG-LOGO

Kolumbiyada 100-dən çox hərbçini daşıyan təyyarə qəzaya uğradı

23 Mar 2026 21:01 2 baxış
IMG
0 0

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus, 100-dən çox hərbçini daşıyan “Hercules C-130” təyyarəsi qəzaya uğrayıb.

Bu barədə "Caracol" radiosu məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənubunda, Puerto-Legisamo şəhərində uçuş zamanı baş verib.

Kolumbiyanın müdafiə naziri Pedro Sançes hadisəni təsdiqləyib.

“Dərin kədər hissi ilə bildirirəm ki, silahlı qüvvələrimizin hərbçilərini daşıyan “Hercules” təyyarəsi uçuş zamanı qəzaya uğrayıb”, – deyə o qeyd edib.

Nazir bildirib ki, qəza yerində hərbçilər işləyir, lakin ölənlərin sayı və hadisənin səbəbləri hələlik dəqiq müəyyən edilməyib.

Təyyarə qəzası kolumbia

Xəbər lenti