IMG-LOGO

SEPAH-ın Tehrandakı əsas qərargahına zərbə endirilib

23 Mar 2026 21:55 3 baxış
IMG

İsrail Müdafiə Qüvvələri Tehranın mərkəzində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mərkəzi qərargahına zərbə endirdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin "Telegram" kanalında yayılan bəyanatda bildirilib.

"İsrail Müdafiə Qüvvələri Tehranın mərkəzi rayonlarına endirilən silsilə hücumlar zamanı SEPAH-ın əsas qərargahına zərbə endirib", - məlumatda qeyd olunub.

Məlumata görə, bu qərargah SEPAH tərəfindən müxtəlif bölmələrin fəaliyyətinin əlaqələndirilməsi və əməliyyat şəraitinin qiymətləndirilməsi üçün istifadə olunub.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti