IMG-LOGO

Ən ölümcül hava hadisələri açıqlandı

24 Mar 2026 08:33 2 baxış
IMG
0 0

Dünyada ən ölümcül hava hadisələrinin reytinqi təqdim edilib. Bu hadisələr nəticəsində son 29 ildə 832 min nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə "Germanwatch" təşkilatı İqlim Risk İndeksinin məlumatlarına əsasən məlumat yayıb.

Qeyd olunub ki, reytinq 1995-2024-cü illəri əhatə edir. Bu müddət ərzində ekstremal hava hadisələri nəticəsində ümumilikdə 832 min insan həyatını itirib. Həmin dövrdə iqtisadi zərər 4.5 trilyon dollar təşkil edib.

Məlumata görə, ən ölümcül hava hadisəsi istilər olub. Son 29 ildə yüksək temperatur səbəbindən dünyada 278 395 nəfər ölüb. İsti hava mövcud sağlamlıq problemlərini ağırlaşdırır və çox vaxt istilik vurması ölümlə nəticələnir. Bu hadisələrin iqtisadi zərəri təxminən 32.9 milyard dollar olub.

İkinci yerdə ildırımlı fırtınalar qərarlaşıb. Bu hadisələr nəticəsində 274 750 nəfər həlak olub. Eyni zamanda, iqtisadi baxımdan ən böyük zərər də məhz bu hadisələrdən qaynaqlanıb - 2.6 trilyon dollar.

İlk üçlüyü daşqınlar tamamlayır. Daşqınlar nəticəsində 205 452 nəfər həyatını itirib. Bu hadisələrin iqtisadi zərəri isə 1.3 trilyon dollar olub.

Bundan əlavə, quraqlıqlar 25 283, meşə yanğınları isə 2 791 insanın ölümünə səbəb olub. Anomal soyuqlar və torpaq sürüşmələri nəticəsində isə ümumilikdə 45 611 nəfər həlak olub. Bu hadisələrin ümumi iqtisadi zərəri 529.6 milyard dollar təşkil edib.

Hava proqnozu ən ölümcül hava hadisələri hava

Xəbər lenti