IMG-LOGO

Goranboyda qonşusunun döydüyü kişi xəstəxanada öldü

24 Mar 2026 10:33 5 baxış
IMG
0 0

Goranboyda qonşusunun döydüyü kişi xəstəxanada ölüb.

Lent.az-ın məlumatına görə, Goranboyda yaralanaraq Gəncədə xəstəxanaya yerləşdirilən Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə martın 20-də Goranboyun Dəliməmmədli şəhərində qeydə alınıb. Şəhər sakinləri 41 yaşlı E.Ağalı ilə həmyerlisi 32 yaşlı Ə.Əliyev mübahisə edib. Mübahisə zamanı E.Ağalı sonuncuya xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.(APA)

Hadisələr

Xəbər lenti