IMG-LOGO

KİV: İranın raket hücumu nəticəsində Təl-Əvivdə 6 nəfər yüngül xəsarət alıb

24 Mar 2026 11:58 2 baxış
IMG

İranın atdığı raket Təl-Əvivin mərkəzindəki bir sıra binalara ciddi ziyan vurub.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" Arxacəbhə Komandanlığının nümayəndəsi, istefada olan polkovnik Miki Davidə istinadən məlumat yayıb.

Hücum üç binada genişmiqyaslı dağıntılara və nəqliyyat vasitələrinin zədələnməsinə səbəb olub.

Nəşrin məlumatına görə, İranın son hücumu nəticəsində şəhərin dörd rayonunda altı nəfər yüngül xəsarət alıb.

İsrailin məlumatlarına görə, İrandan atılan raket təxminən 100 kq partlayıcı maddə daşıyırdı.

Xəbər lenti