IMG-LOGO

Atatürkün sevmədiyi həmin FOTO: qərar verildi və...

24 Mar 2026 12:41 6 baxış
IMG
5 0

Mustafa Kamal Atatürkün 1911-ci ildə Trablusqərbdə çəkilən fotosu cümhuriyyətin ilk illərində xarici bir jurnalda dərc edildikdən sonra “ümumi siyasətə zidd” hesab olunaraq müzakirələrə səbəb olub və hətta jurnalın yığışdırılmasına qədər gedib çıxan prosesə yol açıb. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mustafa Kamal Atatürk Trablusqərbə Osmanlı zabiti kimi, “jurnalist Şərəf  bəy” kimliyi ilə könüllü şəkildə getdiyi dövrdə çəkilən bu fotoda yerli geyimdə görünür. Həmin dövr üçün adi bir kadr hesab olunan bu foto illər sonra fərqli məna qazanıb.

Foto ilk dəfə 1928-ci ildə nəşr olunan “Türk’ün Altın Kitabı”nda istifadə olunub və heç bir reaksiya doğurmayıb.

Hürrem Elmasçının yazdığına görə, eyni şəkil fransız dilində nəşr edilən “La Turquie Moderne” jurnalında dərc edildikdən sonra vəziyyət dəyişib. Dövlət qurumları arasında aparılan yazışmalardan sonra jurnalın yığışdırılması barədə qərar verilib.

Mütəxəssislərə görə, mübahisənin əsas səbəbi fotonun texniki doğruluğu deyil, onun ifadə etdiyi məna idi. Trablusqərbdə çəkilən bu kadrlardakı Mustafa Kamal obrazının, Cümhuriyyət dövründə formalaşdırılan lider imicindən fərqli olduğu düşünülürdü.

Fotoda Osmanlı zabiti kimliyi ilə və yerli geyimdə görünən Mustafa Kamalın “köhnə dünyanın bir hissəsi” kimi təqdim edilməsi, xüsusilə beynəlxalq nəşrlərdə istifadə olunmasını mübahisəli edib.

Bu səbəbdən həmin fotonun yayılması məhdudlaşdırılmış, onu kimin çəkdiyi isə dəqiq müəyyənləşdirilməyib. Şəklin o dövrdə bölgədə olan bir əsgər və ya yerli fotoqraf tərəfindən çəkildiyi ehtimal olunur.

 

Mustafa Kamal Atatürkün sevmədiyi foto fotonun yığışdırılma səbəbi

Xəbər lenti