IMG-LOGO

Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb

24 Mar 2026 13:31 7 baxış
IMG

Lənkəran rayonunda baş verən avtomobil qəzasında ər-arvad xəsarət alıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara-Iran İslam Respublikası Dövlət Sərhədi yolunun 161-ci km-də - Lənkəran rayonu Girdəni kəndi ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Faiq Məmmədlinin idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü və həyat yoldaşı, 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Xanım Məmmədli xəsarət alıblar.

Yaralılar deformasiyaya uğrayan avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadası vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

İlkin tibbi yardım göstərildikdən sonra qadın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti