İraqın qərbindəki Ənbar vilayətində "Xalq Səfərbərlik Qüvvələri"nin obyektinə endirilən aviazərbələr nəticəsində ən azı 15 döyüşçü, o cümlədən qruplaşmanın Ənbardakı əməliyyatlar komandanı Saad əl-Beyci həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi İraqın təhlükəsizlik və səhiyyə xidmətlərindəki mənbələrə istinadən xəbər verir.
"Xalq Səfərbərlik Qüvvələri" komandanlığı rəsmi olaraq Ənbardakı komandiri Saad əl-Beycinin və onun 14 silahdaşının həlak olduğunu təsdiqləyib.
Rəsmi bəyanatda qruplaşma ABŞ-ni şəxsi heyətin xidməti vəzifələrini yerinə yetirdiyi anda qərargaha hava zərbəsi endirməkdə ittiham edib.
Agentliyin mənbələrinin məlumatına görə, zərbə yüksək rütbəli zabitlərin iştirakı ilə keçirilən təhlükəsizlik müşavirəsi zamanı endirilib.