IMG-LOGO

İsrail ordusu: İranda SEPAH və Kəşfiyyat Nazirliyinin obyektləri daxil olmaqla 50 hədəfə zərbələr endirilib

24 Mar 2026 14:10 4 baxış
IMG

İsrail Müdafiə Ordusu bir gün ərzində İranda ballistik raket anbarları və buraxılış meydançaları daxil olmaqla 50 hədəfə zərbələr endirildiyini bəyan edib.

"Report" xəbər verir ki, İsrail ordusu bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

Qurumun məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki kəşfiyyat komandanlıq mərkəzinə və İranın Kəşfiyyat Nazirliyinin komandanlıq mərkəzinə hücum edilib.

Eyni zamanda, İsrail ordusu İranın silah anbarlarına və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib.

İsrail ordusundan bildirilib ki, fevralın 28-dən etibarən "Nərildəyən şir" əməliyyatı çərçivəsində İrandakı hədəflərə 3 mindən çox zərbə endirilib.

Xəbər lenti