IMG-LOGO

Tramp və Modi Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

24 Mar 2026 17:20 5 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb və onunla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Hindistandakı səfiri Sercio Qor məlumat yayıb.

"Prezident Donald Tramp indicə Baş nazir Modi ilə danışıq aparıb. Onlar Yaxın Şərqdəki cari vəziyyəti, o cümlədən Hörmüz boğazının açıq saxlanmasının vacibliyini müzakirə ediblər", - o, sosial şəbəkədə yazıb.

Xəbər lenti