IMG-LOGO

Tərtərdə FACİƏ: iki qardaş qəzada öldü

25 Mar 2026 09:32 4 baxış
IMG
1 0

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində 68 yaşlı Ağayev Nəsrəddin Müzəffər oğlu və 55 yaşlı Ağayev Yunus Müzəffər oğlu ölüb. 35 yaşlı Ağayev Sənan Nəsrəddin oğlu və Aslanova Könül Tərlan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Xəbər lenti