İspaniyanın "Barselona" klubunun hücumçusu Ferran Torres La Liqanın digər təmsilçisi "Atletiko"nun maraq dairəsinə düşüb.
"Report"un "Mundo Deportivo"ya istinadən məlumatına görə, "göy-qırmızılılar" qarşıdakı "transfer pəncərəsi"ndə 26 yaşlı futbolçu ilə bağlı təklifləri dinləməyə hazır olduqlarını bildiriblər.
Hücumçunun keçidində "Atletiko"nun idman direktoru Mateu Alemani şəxsən maraqlıdır. O, vaxtilə "Barselona"da çalışarkən ispaniyalı futbolçunu məhz özü komandaya cəlb edib və oyunçunun potensialını yüksək qiymətləndirir.
Qeyd edək ki, Torresin hazırkı klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.