“Barselona” artıq bir neçə aydır “İnter”in müdafiəçisi Alessandro Bastonini prioritet transfer hədəfi kimi nəzərdən keçirir.
Lent.az xarici mediaya istinadla bildirir ki, mümkün transfer klublar arasında aparılacaq danışıqlardan asılı olacaq. Eyni zamanda, mətbuatda transfer qiymətinin 50 milyon avro olması barədə xəbərlər yayılsa da, yekun məbləğ hələ təsdiqlənməyib.
Qeyd olunur ki, Bastoni özü də Kataloniya klubunun ciddi və konkret marağından xəbərdardır.
Cari mövsümdə italiyalı futbolçu bütün turnirlərdə 35 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt məlumatına görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.
İdman xəbərləri “Barselona” Alessandro Bastoni