IMG-LOGO

ASA: Azərbaycan Türk dövlətləri arasında sığorta yığımlarının həcminə görə dördüncü yerdədir

25 Mar 2026 15:36 4 baxış
IMG

2025-ci ildə Türk dünyası ölkələri arasında sığorta yığımlarının həcminə görə Türkiyə sığorta bazarı 27,8 milyard ABŞ dolları ilə birinci yerdə qərarlaşıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev İstanbulda keçirilən beynəlxalq "İpək Yolu Sığorta Forumu"nda "Regional sığorta bazarları" adlı paneldə "Azərbaycanın və digər Türk dövlətlərinin birgə əməkdaşlıq fonunda inkişaf perspektivləri" mövzusunda çıxışı zamanı bildirib.

E.Mirsalayev qeyd edib ki, ikinci yerdə 3,4 milyard ABŞ dolları ilə Qazaxıstan bazarı, üçüncü yerdə 1,1 milyard ABŞ dolları ilə Özbəkistan bazarı, dördüncü yerdə 885 milyon ABŞ dolları ilə Azərbaycan bazarı, beşinci yerdə isə 113 milyon ABŞ dolları ilə Qırğızıstan bazarı dayanır.

ASA-nın İcraçı direktoru çıxışında bildirib ki, 2025-ci ildə müvafiq ardıcıllıq üzrə Türkiyə sığorta bazarı 45,8 %, Qazaxıstan sığorta bazarı 12,5 %, Özbəkistan sığorta bazarı 37,8 %, Azərbaycan sığorta bazarı 11,2 %, Qırğızıstan sığorta bazarı isə 102 % böyüyüb.

Xəbər lenti