IMG-LOGO

Türkiyə və Britaniya "Eurofighter Typhoon" qırıcı təyyarələri ilə bağlı müqavilə imzalayıb

25 Mar 2026 15:23 4 baxış
IMG

Türkiyə və Böyük Britaniya "Eurofighter Typhoon" qırıcı təyyarələrinin istismar və texniki-logistik dəstəyi ilə bağlı müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Türkiyənin müdafiə naziri Yaşar Gülərin Böyük Britaniyaya səfəri çərçivəsində bu təyyarələrin saxlanılması və idarə olunmasına dair texniki və logistik dəstək üzrə müqavilə imzalanıb.

Xatırladaq ki, təyyarə, avadanlıq və sursat alınmasına dair saziş isə 2025-ci ilin oktyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən imzalanıb.

Xəbər lenti