IMG-LOGO

Abbas Əraqçi: Tehran Vaşinqtonla birbaşa danışıqlar aparmır

25 Mar 2026 23:51 3 baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Vaşinqtonla birbaşa danışıqlar aparmır.

Bu barədə "Report" İran mətbuatına istinadən xəbər verir.

"İranın ABŞ-la öz nümayəndələri vasitəsilə mesaj mübadiləsi danışıqlar hesab edilmir və hazırda Tehranla Vaşinqton arasında birbaşa dialoq aparılmır", - deyə o, aydınlıq gətirib.

Onun sözlərinə görə, danışıqlardan söhbət açmaq ABŞ və İsrailin məğlubiyyətini etiraf etməkdir. Nazir vurğulayıb ki, Tehran iki nüvə gücünün məqsədlərinə çatmasının qarşısını almağa müvəffəq olub.

"Düşmən ölkəni bölməyə, tez bir zamanda qələbə qazanmağa və milli birliyi pozmağa müvəffəq olmayıb. Onların indi danışıqlardan söhbət açması məğlubiyyətin etirafıdır; məgər onlar qeyd-şərtsiz təslim olmaqdan danışmayıblar? Bəs niyə indi yüksək vəzifəli şəxslərini danışıqlara səfərbər edirlər?",- deyə Əraqçi qeyd edib.

Nazir vurğulayıb ki, hazırda heç bir danışıqlar nəzərdə tutulmur və zəmanətsiz atəşkəs hərbi əməliyyatların daimi bərpasını təhdid edir.

Xəbər lenti