IMG-LOGO

Türkiyə XİN rəhbəri: Bölgəmizdəki sülh və sabitlik üçün məsuliyyəti öz üzərimizə götürürük

25 Mar 2026 23:20 2 baxış
IMG

Prezidentimizin güclü və qətiyyətli rəhbərliyi altında Türkiyə səsi eşidilən, təsiri hiss edilən və güc balansına təsir edən bir aktyor mövqeyinə yüksəldilib. Türkiyənin xarici siyasəti gündəlik reflekslərlə deyil, millətimizin maraqlarını mərkəzləşdirən müstəqil iradə, dövlətçilik və strateji uzaqgörənliklə formalaşır.

"Report" xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib.

Türkiyənin göstərdiyi səyləri heç bir ittihamın kölgədə qoya bilməyəcəyini vurğulan nazir fikrini belə davam etdirib:

"Dövləti idarə etmək məsuliyyəti ilə atdığımız addımları görməzdən gəlmək, ifadələrimizi təhrif etmək, millətimizə qarşı heç bir məsuliyyəti olmayan pis niyyətli və düşüncəsiz ağılların məhsuludur. Biz bölgəmizdəki böhranlara soyuqqanlılıqla yanaşır və sülh və sabitlik üçün məsuliyyəti öz üzərimizə götürürük. Türkiyə həmişə bütün tərəflərə doğru hesab etdiyi şeyləri açıq şəkildə ifadə edə bilən bir ölkədir. Bu gün olduğu kimi, həqiqətdən uzaq ittihamlar yalnız onları edəni yorur; onlar səmimiyyətlə çalışan Türkiyənin səylərini kölgədə qoya bilməzlər".

Xəbər lenti